Şrift:
Amerika Senatından İrana qarşı yeni sanksiyalar
29.11.2012 [10:55] - Güney Azərbaycan xəbərləri, Siyasət
ABŞ (Amerika Birləşmiş Ştatları) Senatı İrana qarşı yeni sanksiyalar haqqında qanun layihəsi qəbul edəcək. Bu barədə məlumatı qanun layihəsinin hazırlığı ilə məşğul olan şəxslərə yaxınlığı ilə seçilən mənbə verib.
Yeni layihəyə əsasən İrana istənilən maliyyə əməliyyatının qadağan edilməsi nəzərdə tutulur. Qadagalar həmçinin “qara siyahiya” salınan şəxs və təşkilatlara şamil ediləcək.
Həmçinin müxtəlif malların sığortası dayandırılacaq. Adı açıqlanmayan yüksək çinli məmurlardan birinin sözlərinə görə, yeni sanksiyalar İran iqtisadiyyatının tamamilə məhv edilməsinə hesablanıb. Bu barədə AzNews.az İTAR-TASS-a istinadən xəbər yayıb.
Sözügedən sənədin müəllifinin demokrat senator Robert Menendes və onun cümhuriyyətçi həmkarı Mark Kirikdir. Hələlik sənəd baxılmaq üçün Cenata təqdim edilməyib.
Bu xəbər oxucular tərəfindən 1100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed