Şrift:
Berti Foqts Azərbaycan yığmasının baş məşqçisi postunu tərk edəcək
30.10.2011 [11:41] - İdman
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi, alman mütəxəssis Berti Foqts cari ilin sonunda vaxtı bitən müqaviləni uzatmayacaq.

Almaniyanın Frankfurter Allgemeine qəzetinə şənbə günü verdiyi müsahibədə Foqts bildirib ki, AFFA ilə imzalanacaq yeni müqaviləyə müəyyən şərtlərin daxil edilməsini istəyərdi.

"Mən bilirəm ki, bu baş tutmayacaq, və ona görə postumu tərk edəcəyəm", deyə 65 yaşlı baş məşqçi bildirib.
Bu xəbər oxucular tərəfindən 1289 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed