Şrift:
Mühəndis Murtaza Hüquqi: “Səddlər Urmu Gölünün qurumasında əsas rol oynayır”
29.11.2012 [11:02] - Güney Azərbaycan xəbərləri
Müşavir mühəndislərin cəmiyyətinin riyasət heyətinin üzvü və bu cəmiyyətin ətraf-mühit komitəsinin rəisi, Urmu Gölünün qurumasının əsas səbəbini açıqlayıb.
Mühəndis Murtaza Hüquqi “Əsr-i İran”ın müxbirinə bildirib ki, əkinçiliyin inkişafı və su mənbələrinin inkişafı bir sikkənin iki üzüdür və onlar Urmu Gölünün qurumasının əsas səbəbidir. Su mənbələrinin inkişafı, çoxlu səddlərin tikilməsi deməkdir. Başqa amillərin də təsiri var ama əsas amil budur.
O, Urmu Gölünün ona yaxın ərazidə yerləşən Van Gölü ilə müqayisə edib və gölün qurumasında havaların isti keçməsi və suyun buxarlanması amilinin təsirsiz olduğunu bildirib.
Mühəndis Murtaza Hüquqi əlavə edib ki, səddlər və çayların suyunun Urmu Gölünə axıdılması, gölü nicat verəcək əsas amildir.
Bu xəbər oxucular tərəfindən 970 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed