Şrift:
Türkiyə Superliqası: “Beşiktaş” səfərdə “Kasımpaşa”ya uduzub
05.04.2021 [10:33] - Gündəm, İdman
Aprelin 4-də futbol üzrə Türkiyə çempionatının XXXII turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” səfərdə “Kasımpaşa”nın qonağı olub.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqları minimal hesabla üstələyiblər. Oyunda vurulan yeganə qolun müəllifi Aytac Kara olub.

Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Ərzurumspor” - "Konyaspor" - 1:2;

"Alanyaspor" - "Gənclərbirliyi" - 1:2;

"Ankaragücü" - "Antalyaspor" - 1:0;

"Başakşəhər" - "Yeni Malatyaspor" - 3:1.

Tura aprelin 5-də keçiriləcək "Fənərbağça" - "Dənizlispor" matçı ilə yekun vurulacaq.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 64 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 61 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 59 xala malik olan “Fənərbağça” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXXII turda “Qaziantep” istirahət edir.
Bu xəbər oxucular tərəfindən 311 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed