Şrift:
Misirdə qılıncoynatma üzrə dünya birinciliyində gənclər arasında sablya yarışı keçirilib
05.04.2021 [10:38] - Gündəm, İdman
Aprelin 4-də Misirin paytaxtı Qahirə şəhərində yeniyetmə və gənclərin dünya birinciliyinə start verilib. İlk yarış günündə gənclər üzrə sablya yarışı keçirilib.

Qılıncoynadanlarımızdan qızların yarışında Aysel Əhədova (4 qələbə), oğlanların mübarizəsində isə Maqsud Hüseynli (4 qələbə) və Murad Əkbərov (2 qələbə) qrup mərhələsini uğurla başa vuraraq pley-offa yüksəlib. Aysel Əhədova pley-offda Bolqarıstan idmançısı Beloslava İvanovaya 12:15 hesabı ilə uduzub. Maqsud Hüseynli isə pley-offda Aleksandru Zmauya (Rumıniya) 11:15 hesabı ilə məğlub olub. Murad Əkbərov pley-offda keçirdiyi ilk görüşdə kolumbiyalı rəqibi Londono Borondi üzərində 15:7 hesablı qələbə qazansa da, növbəti görüşündə rusiyalı Maqamed Xalimbekova 5:15 hesabı ilə uduzub. Gənc sablyaçıların mübarizəsində qüvvəsini sınayan Zərifə Hüseynova və Saleh Məmmədov isə qrup mərhələsini adlaya bilməyib.

Qeyd edək ki, sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova ilk dəfə qatıldığı dünya birinciliyində yeniyetmələr arasında bürünc medal qazanıb.
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed