Şrift:
Hindistanda COVID-19-a yoluxmada yeni antirekord qeydə alınıb
05.04.2021 [10:47] - Gündəm, Sosial
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 103 min 558 yeni yoluxma faktı qeydə alınıb. Bu rəqəm COVID-19 virusu Hindistanda yayılmağa başlayandan bəri gündəlik ən yüksək göstəricidir. Bundan əvvəl gündəlik ən çox yoluxma (97 min 894) ötən il sentyabrın 16-da qeydə alınmışdı.

Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 12 milyon 587 mini, ölüm hallarının sayı isə 165 mini ötüb. Nazirlik hazırda 742 mindən çox aktiv xəstənin müalicə aldığını açıqlayıb.

Hindistanda aprelin 4-də qeydə alınan yoluxma həm də ötən gün ölkələr üzrə sutkalıq ən çox yoluxma halıdır.

Yoluxmaların ən çox qeydə alındığı Maharaştra ştatında aprelin 5-dən başlayaraq karantin məhdudiyyətləri sərtləşdirilib. Yeni məhdudiyyətlərə əsasən, ştatda komendant saatı, istirahət günlərində isə tam qapanma tətbiq olunacaq.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ və Braziliyadan sonra üçüncüdür. Hindistanda virusa yoluxanların ümumi sayı ötn il iyulun 16-da 1 milyonu, dekabrın 18-də isə 10 milyonu ötüb.
Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed