Şrift:
Sədərəkdə keçirilən əmək yarmarkasında işaxtaranlara 78 boş iş yeri təklif olunub
07.04.2021 [11:25] - Gündəm, Bildiriş
Muxtar respublikanın Sədərək rayonunda keçirilən əmək yarmarkasında işaxtaranlara 4-ü dövlət, 2-si özəl sektor olmaqla, ümumilikdə, 6 müəssisədən 78 boş iş yerləri təklif edilib.

Bunların 56-nı qulluqçu vəzifəsi, 22-ni isə fəhlə peşəsi təşkil edib. Əmək yarmarkasında 10 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 6 nəfərin peşə kurslarına, 17 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikada işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunması istiqamətində əmək yarmarkalarının təşkili diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı olaraq əmək yarmarkaları aprel ayı ərzində davam edəcək və növbəti əmək yarmarkası aprelin 8-də Kəngərli rayonunda təşkil olunacaq.
Bu xəbər oxucular tərəfindən 445 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed