Şrift:
Gədəbəydə koronavirus xəstələri ilə profilaktiki söhbət aparılıb
07.04.2021 [11:29] - Gündəm, Sağlıq
Gədəbəydə koronavirus xəstələri ilə profilaktiki görüş keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan bildiriblər ki, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan, ev şəraitində müalicə alan rayon sakinlərini ziyarət edib.

Xüsusi geyim geyinən və tibbi qaydalara riayət edən polis əməkdaşları ziyarət zamanı vətəndaşlarla profilaktiki söhbətlər aparıb, onlara sağalana qədər yaşayış yerlərini tərk etməmələri bildirilib.

Hər hansı bir sosial və digər məsələlərlə bağlı Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə və ya Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edə biləcəkləri vurğulanıb.
Bu xəbər oxucular tərəfindən 375 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed