Şrift:
Bişkekdə karantin rejimi yenidən gücləndirilir
07.04.2021 [11:42] - Gündəm, Sosial
Aprelin 12-dən Qırğızıstanın paytaxtı Bişkek şəhərində COVID-19-la əlaqədar karantin rejimi yenidən gücləndirilir, mobil briqadaların sayı artırılır

Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, paytaxtda koronavirusa yoluxma sayının artması ilə bağlı aprelin 12-dən şəhərdəki bütün məktəblər yenidən onlayn tədris formasına keçirilir, uşaq bağçaları bağlanır.

Bildirilir ki, Bişkekdə epidemioloji vəziyyət yaxşılaşana qədər bütün tədbirlər sanitar qaydalara ciddi əməl olunmaqla keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 277 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed