07.04.2021 [14:56] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Köçəryan həm də əsas olaraq düşünür ki, revanşist vədlərlə hakimiyyətə gəlib sabah onu edə bilməyəcəksə, qınaqlara tuş gələ bilər”
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Pozner” verilişinin efirində deyib ki, ölkəsinin ordusunun vəziyyəti revanş barəsində düşünməyə imkan vermir:
“Ermənistan ordusu indi elə bir vəziyyətdədir ki, ağıllı adam revanş haqqında düşünməz. Ancaq eyni zamanda, çox ədalətsiz bir sülh uzun və əbədi ola bilməz. Buna görə vəziyyətə hələ də aşağıdakı kimi baxmaq lazımdır: Əgər bir münaqişəyə nöqtə qoymaq istəyiriksə, ədalətli ola biləcək bir həll tapmalıyıq”.
Erməni siyasətçi həmçinin onu da bildirib ki, “əldən verilmiş ərazilər”in bir hissəsinin, ən azından keçmiş və qondarma “dqr”ə daxil olan rayonların qaytarılması ətrafında da danışıqları mümkün hesab edir. Köçəryan onların hansı status altında qaytarılması ilə bağlı nəsə deməyə çətinlik çəkib.
Qeyd edək ki, Azərbaycanla bütün sülh danışıqlarını pozan və vaxtilə prezidentliyi müddətində danışıqlar masasında qalib ədası ilə meydan oxuyurmuşcasına dayanan Köçəryan erməni xalqına ən ağır zərbələri vuran şəxs kimi xatırlanır. Hazırda ölkəsində ən aşağı reytinqli olmasının səbəbi də budur. Lakin hətta belə reputasiyaya malik olan siyasətçi belə, revanş siyasətini ölkəsi üçün məqbul saymırsa, bu nədən xəbər verir?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə açıqlamadan sonra da Köçəryanın tam ağıllandığı qənaətinə gələ bilmərik: “Bilir ki, hazırda Ermənistan cəmiyyətinin böyük əksəriyyəti müharibə istəmir. Paşinyanın tərəfdarlarının da böyük əksəriyyəti məhz antimüharibə ovqatında olduğu üçün onu müdafiə etdilər. Köçəryan bununla həmin elektoratı öz tərəfinə çəkmək istəyir ki, hakimiyyətə gəlsə müharibə etməyəcək. İkincisi, yəqin ki, Rusiya tərəfdən müəyyən məsləhətlər alıb. Çünki ordunun modernləşməsindən söhbət gedirdi. O, mesaj verir ki, vəsaitlərin böyük hissəsini orduya yox, iqtisadi problemlərin həllinə yönəldəcək. Çünki bölgədəki real vəziyyət, infrastrukturun bərpası, kommunikasiyaların açılması ilə revanşist siyasət bir-birilə uzlaşmır. Həm də Azərbaycan tərəfə müharibə tərəfdarı olmadığı kimi ismarıclar göndərir. Hazırda Azərbaycanın sərgilədiyi mövqe Ermənistanın daxili siyasətinə ciddi təsir etmək gücündədir. Bizim istənilən davranışımız orada ziqzaqalar yaradır. Köçəryan həm də əsas olaraq düşünür ki, revanşist vədlərlə hakimiyyətə gəlib sabah onu edə bilməyəcəksə, qınaqlara tuş gələ bilər. İndidən özü üçün müharibə etməyəcəyilə bağlı alibi hazırlayır. Bu isə çabalamaqdan başqa nəsə deyil. Çünki istənilən halda, ağaları ona dəstək verərsə, revanşist siyasətdən qətiyyən əl çəkməz və mütləq savaşa addım ata biləcək siyasətçidir”.

Məhəmmədəli QƏRİBLİ/bakixeber.com
Bu xəbər oxucular tərəfindən 572 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |