Şrift:
Almaniyada İran səfirliyinə hücum olub; 10 nəfər həbs edilib
29.11.2012 [14:12] - Gündəm, Güney Azərbaycan xəbərləri
Almaniyanın paytaxtı Berlində İran səfirliyinə hücum olub. 30-a yaxın insan diplomatik nümayəndəliyin ərazisinə soxulub, İranın dövlət bayraqlarını cıraraq binaya içi boya ilə dolu şüşələr atıb.
Polis səfirliyə hücum edənlərdən 10 nəfərini həbs edib. Onların bu addımının səbəbləri barədə məlumat yoxdur.
Almaniyanın xarici işlər naziri Gido Vestervelle İran səfirliyinə hücumu pisləyib. “Baş verənlərə görə təəssüflənirəm. Biz İran səfirliyi və digər diplomatik nümayəndəliklərini qorumaq üçün bütün tədbirləri görəcəyik”-deyə nazir qeyd edib. Gido Vestervelle bəyan edib ki, belə hücumlar yolverilməzdir.
Bu xəbər oxucular tərəfindən 1038 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed