29.11.2012 [15:18] - Gündəm, İdman
Noyabrın 28-də İrəvanda Karen Dəmirçyan adına idman-konsert kompleksində gənclər arasında boks üzrə dünya çempionatının rəsmi açılışı olub. Çempionatda 68 ölkəni təmsil edən 600-dən çox nümayəndə iştirak edir.
Gənclər arasında dünya çempionu adı uğrunda Azərbaycan 7 çəki kateqoriyasında iştirak edir. Boksçulardan, baş məşqçi Şamil Alimzanov, onun köməkçisi Natiq Talıbovdan başqa, Azərbaycan nümayəndə heyətinə Azərbaycan Boks Federasiyasının rəsmiləri Ziya Talıbov və Niftalı Quliyev də daxildirlər.
Davam.az “BBC Azərbaycanca”ya istinadən bildirir ki, Azərbaycan nümayəndə heyətii qabaqcadan razılaşdırıldığına görə, təhlükəsizlik tələblərinin təmin olunması ilə bağlı bütün komandalardan ayrı oteldə yerləşdirilib.
Çempionatın təntənəli açılısı zamanı öz bayraqları altında idman zalına çıxan komanda nümayəndələri arasında Azərbaycan idmançıları da olub.
Dünya çempionatı dekabrın 8-də başa çatacaq.

Bu xəbər oxucular tərəfindən 1996 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |