Şrift:
Gürcüstana gələcək əcnəbilər üçün yeni qaydalar hazırlanır
09.04.2021 [08:45] - Gündəm, Borçalı
Gürcüstan hökuməti ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yeni qaydalar müəyyən edib.

Yeni qaydalara əsasən ölkəyə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sağlamlıq və bədbəxt hadisələrdən sığorta ilə bağlı sənəd təqdim edəcəklər. Bununla bağlı hazırlanan qanun layihəsi parlamentin səhiyyə komitəsində müzakirə olunub.

Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan tələbələrə münasibətdə Gürcüstana daxil olmaq və ölkədə qalmaq üçün sağlamlıq və bədbəxt hadisələrdən sığortanın tətbiqi məqsədəuyğun hesab olunub. Bu məqsədlə ötən ilin sentyabrın 10-da hökumət qərar qəbul edib. İndi isə məsələ parlamentin müzakirəsinə çıxarılıb.

T.Qabuniya parlamentin bu təşəbbüsü dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 23898 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed