Şrift:
İranda Boya zavodunda partlayışda 2 nəfər ölüb
29.11.2012 [15:45] - Güney Azərbaycan xəbərləri, Hadisə
Noyabrın 28-i axşam saatlarında Tehran əyalətinin Şəhriyar şəhərindəki rəng zavodunda baş verən partlayışda 2 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Zavodun anbarında baş verən partlayış geniş dağıntılara səbəb olub. Dağıntılar altında qalmış fəhlələri xilas etmək üçün xüsusi təlim görmüş itlərdən istifadə edilib.

Jurnalistlərə açıqlama verən Şəhriyar şəhərinin rəsmisi Abbas Cövhəri anbarda hərbi silah-sursat saxlanması ilə bağlı xəbərləri şayiə adlandırıb: “Mən zavod anbarından hərbi məqsədlər üçün istifadə edilməsi haqda yayılan şayiələri təkzib edirəm. Partlayış sadəcə olaraq anbarın bir hissəsində baş verən yanğınla əlaqədardır”.
Bu xəbər oxucular tərəfindən 1240 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed