Şrift:
Gürcüstanda kütləvi tədbirlər üçün məkan kirayə verilməsi qadağan olunub
09.04.2021 [09:05] - Gündəm, Sosial
Gürcüstanda toy, yubiley, şənlik, yas və bu kimi digər kütləvi mərasimlərin keçirilməsi üçün məkanların kirayəyə verilməsi qadağan olunub.

Bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərarda deyilir ki, təcrid, özünütəcrid və karantin qaydalarına edilən dəyişikliklərə əsasən, icarəçi məkanı icarəyə verərkən icarədarla müqavilə imzalamalı olacaq. Sənədə icarədara məkanda kütləvi tədbirləri keçirməyi qadağan edən bənd əlavə olunacaq.

Qeyd edək ki, ölkədə pandemiya səbəbindən 10 nəfərdən artıq şəxsin iştirakı ilə kütləvi mərasimlərə də qadağa qoyulub.
Bu xəbər oxucular tərəfindən 278 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed