30.11.2012 [09:33] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Bu həftənin sonunda ABŞ-ın Ermənistandakı səfiri Con Heffern ölkəsinə qayıdır.Bu barədə məlumatı “Aykakan Jamanak” qəzeti yayıb. Ən maraqlısı odur ki, səfir uzun müddətə gedir və Ermənistana 2013-cü ilin yanvarının əvvəllərində, çox güman ki, 10-da qayıdacaq. Düzdür, adətən müxtəlif ölkələrdəki ABŞ səfirləri Milad bayramını keçirmək üçün ölkələrinə qayıdırlar. Amma Ermənistanda bu il vəziyyət fərqlidir. Belə ki, 2,5 ay sonra Ermənistanda prezident seçkiləri keçiriləcək. Bu baxımdan, Ermənistandakı bu proses ABŞ üçün maraqlı olmalıydı. Üstəlik, Ermənistanda məsləhətləşmə adlanan siyasi canlanma müşahidə olunur. ABŞ səfiri isə bütün bunları yaxın məsafədən izləmək və ölkəsini hadisə yerindən məlumatlandırmaq şansını əldən buraxmamalıydı.
Səfirin getməsindən iki məna çıxarmaq olar - ya Ermənistanda baş verənlər Ağ ev üçün heç bir əhəmiyyət kəsb etmir, ya da səfir lazım olan hesabatı artıq verib və yaxın ay yarımda nəyinsə dəyişəcəyinə ümid yoxdur. İkinci variant daha ağılabatandır.
Yeri gəlmişkən, bir gün əvvəl Qərb ekspertlərindən biri ikinci variantı təsdiqləyən bəyanat verib. Britaniyanın “Chatham House” araşdırma mərkəzinin eksperti Ceyms Nikkinin fikrincə, seçkilərin gedişatının Vaşinqton və ya Moskvada xüsusi əks-səda, ya da ümid yaradacağı az inandırıcıdır. Ekspert açıq şəkildə bəyan edib ki, Ermənistandakı seçkilərin nəticələri onlar üçün indidən aydındır və bu, heç bir emosiya yaratmır.
Ermənistan KİV-inin məlumatına görə, bu ölkənin özündə də seçkilərlə bağlı laqeydlik müşahidə olunur.

Bu xəbər oxucular tərəfindən 1504 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |