12.04.2021 [07:02] - Xəbərlər, İqtisadiyyat
Salyanda son illər istixana şəraitində yetişdirilən xiyar-pomidor və digər bitkilərin əkininə maraq artıb. Dövlətin sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən yararlanan salyanlı fermerlər bu il daxili və xarici bazarlara yüz tonlarla məhsul çıxarmaqla ölkəmizə daha çox valyuta gətirmək niyyətindədirlər.
Rayon statistika idarəsindən bildiriblər ki, artıq xeyli vaxtdır rayonun ayrı-ayrı yaşayış məntəqələrinin ərazisində fəaliyyət göstərən istixana komplekslərində pomidor yığımına başlanılıb və indiyədək 744,9 ton məhsul toplanılıb. Yığılan məhsulun əksər hissəsi daxili bazarlara göndərilir. Qiymətlər də təsərrüfat sahiblərinin ürəyincədir.
Qeyd edək ki, hazırda Salyanda 156,5 hektar ərazisi olan 480 istixana kompleksi mövcuddur. Ötən il bu istixanalardan 21 min 10 ton pomidor–xiyar yığılıb.

Bu xəbər oxucular tərəfindən 328 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |