12.04.2021 [07:27] - Xəbərlər, Mədəniyyət
AMEA Gəncə Bölməsinin Rəyasət Heyətinin və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarlarına əsasən “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” monoqrafiyası nəşr edilib.
Bu barədə Gəncə Bölməsindən məlumat verilib. Bildirilib ki, monoqrafiya dahi şairin yaradıcılığında Azərbaycan folklorunun və xalq mərasimlərinin araşdırılmasına həsr olunub. Əsərdə Nizami Gəncəvinin Azərbaycan şifahi xalq ədəbiyyatının dastan, nağıl, atalar sözləri və xalq məsəlləri, bayatılar kimi geniş yayılmış janrlarından məharətlə istifadə etdiyi göstərilir. Burada ilk dəfə Nizami Gəncəvi və xalq yaradıcılığı, Nizami irsində Azərbaycan mərasimləri və folklor motivləri elmi cəhətdən tədqiq edilib, böyük şairin xalq adət-ənənələrindəki bir çox incə təfərrüatları müxtəlif bədii vasitələrlə ifadə edildiyi araşdırılıb. Monoqrafiya Nizami Gəncəvi irsini araşdıran tədqiqatçılar, filologiya ixtisasları üzrə təhsil alan tələbə və magistrantlar, doktorant və dissertantlar, həmçinin Nizami yaradıcılığına maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Bu xəbər oxucular tərəfindən 327 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |