Şrift:
Sabiq komissar: ABŞ-da vaksin təklifi tezliklə onlara tələbi üstələyəcək
12.04.2021 [07:31] - Gündəm, Sosial
ABŞ-ın Ərzaq məhsullarının və dərmanların keyfiyyətinə sanitar nəzarəti idarəsinin sabiq komissarı və “Pfizer” şirkətinin İdarə Heyətinin hazırkı üzvü doktor Skott Qottlib bildirib ki, ölkədə vaksin təklifi tezliklə onlara tələbi üstələyəcək.

Qottlib “CBS News”a müsahibəsində Birləşmiş Ştatların öz əhalisinin sayı nəzərə alınmaqla bütün ştatlara vaksin dozalarının çatdırılması üzrə planına riayət etməli olduğunu bildirib. Çünki o gözləyir ki, artıq üç həftədən sonra təklif tələbi üstələyəcək.

Amerika Birləşmiş Ştatlarda pandemiya başlanandan bazar gününə olan vəziyyətə görə, ümumilikdə COVID-19-a 31.189.567 yoluxma faktı qeydə alınıb. Xəstəlik 562.059 nəfərin həyatına son qoyub. Bu, dünyada ən yüksək göstəricidir. Cons Hopkins Universitetinin son məlumatına əsasən, şənbə günü koronavirusla bağlı 66.533 yoluxma və 709 ölüm faktı təsdiqlənib. Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzin məlumatına görə, ölkədə 183.467.709 vaksin iynəsi istehsal edilib: əhalinin 35,3 faizinə vaksinin birinci dozası, 21,3 faizinə isə vaksinin hər iki dozası vurulub.
Bu xəbər oxucular tərəfindən 296 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed