13.04.2021 [06:06] - Gündəm, Sağlıq
Malayziyada aprelin 19-dan başlayaraq 60 yaşdan yuxarı insanlara COVID-19 virusuna qarşı “Sinovac” peyvəndi vurulacaq.
Bu barədə koronavirusa qarşı əlaqələndirici nazir Xayri Camaluddin məlumat verib.
Nazir bildirib ki, COVID-19 virusuna qarşı peyvəndlə təminat üzrə xüsusi komitə digər ölkələrin təcrübəsini nəzərə alaraq, “Sinovac” peyvəndinin təhlükəsiz, səmərəli və sabit olması barədə qərar qəbul edib.
Qeyd edək ki, həm də Elm, Texnologiya və İnnovasiyalar naziri olan Xayri Camaluddin yaşı 60-dan yuxarı insanlara “Sinovac” peyvəndinin vurulması zamanı Türkiyə, Braziliya və Çilinin təcrübəsinin əsas götürüldüyün bildirib.
Nazir deyib ki, Braziliyada COVID-19-a qarşı aparılan kliniki sınaqlar zamanı “Sinoivac” peyvəndinin səmərəliliyi 83,7 faiz təşkil edib.
Bu barədə nazir immunlaşma üzrə milli proqramın inkişafı barədə konfrans çərçivəsində təşkil edilən mətbuat konfransı zamanı bəyan edib.
Xayri Camaluddin həmçinin bildirib ki, hazırda Malayziyada artıq 8,5 milyon insan COVID-19-a qarşı peyvənd vurdurmaq üçün qeydiyyatdan keçib.

Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |