13.04.2021 [06:18] - Gündəm, Sosial
Yaponiya hökuməti qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasında (AES) reaktorları soyutmaq üçün istifadə edilmiş suyun okeana axıdılması barədə qərar qəbul edib.
Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar aprelin 13-də Nazirlər Kabinetinin Baş nazir Yoşihide Suqanın sədrliyi ilə keçirilən iclasında qəbul olunub. Bildirilir ki, hazırda AES-in ərazisindəki xüsusi çənlərdə toplanmış çirkab suyun okeana axıdılmasına 2023-cü ildə başlanacaq. Həmin çənlərin 2022-ci ilin sonlarında tam dolacağı gözlənilir.
Yaponiya hökumətinin bildirdiyinə görə, qarşıdakı iki il ərzində tərkibindəki radioaktiv maddələrdən beynəlxalq standartlara uyğun olaraq təmizlənəcək maye dünya okeanına ziyan vurmayacaq.
Ümumi miqdarı 1,25 milyon ton təşkil edən təhlükəli suyun tərkibinin təmizlənməsi ilə əlaqədar işlərin artıq başlandığı da bildirilir.
Lakin qeyd etməliyik ki, yapon mütəxəssislər mayenin tərkibindən tritium izotoplarının necə çıxarılacağı barədə məlumat vermirlər. Texniki cəhətdən tritiumun suyun tərkibindən təmizlənməsinin mümkün olmadığı da qeyd edilir.

Bu xəbər oxucular tərəfindən 284 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |