Şrift:
Cozef Bayden sentyabrın 11-dək ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq niyyətindədir
14.04.2021 [05:27] - Xəbərlər, Hərb
ABŞ Prezidenti Cozef Bayden əkiz qüllələrə edilən hücumun 20-ci ildönümü - sentyabrın 1-dək Amerika qoşunlarını Əfqanıstandan çıxarmaq niyyətindədir.

Xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksək ranqlı nümayəndəsi Əfqanıstandakı vəziyyətə həsr olunan xüsusi brifinqin gedişində bildirib.

“Biz mayın 1-dən heç bir şərt irəli sürmədən Əfqanıstandan qoşunların nizamlı çıxarılması prosesinə başlayırıq və sentyabrın 11-dək ölkədəki bütün amerikalı hərbçiləri çıxarmağı planlaşdırırıq”, - deyə o bildirib.

Amerika icra hakimiyyətinin nümayəndəsi, həmçinin qeyd edib ki, Vaşinqton “Taliban” hərəkatını amerikalı hərbçilərə hücumdan çəkinməyə çağırıb.

“Biz “Taliban” hərəkatına qoşunların çıxarılması zamanı amerikalı hərbçilərə edilən istənilən hücuma qətiyyətlə cavab verəcəyimizi bildirmişik”, - deyə o əlavə edib.

Vaşinqton administrasiyasının nümayəndəsi ABŞ-ın terrorizmə qarşı mübarizə aparmaq üçün regionda yetərincə hərbi kontingent saxlayacağını da bildirib.

Xatırladaq ki, fevralın 29-da ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. “Taliban” isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib.
Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed