Şrift:
“Anadolu Aydınlar Ocağı”nın Azərbaycanla əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
15.04.2021 [05:43] - Xəbərlər, Türk dünyası-Turan
İstanbulda “Anadolu Aydınlar Ocağı”nın X Konqresi keçirilib.

Hər üç ildən bir baş tutan konqresdə “Anadolu Aydınlar Ocağı”nın Azərbaycan, Rumıniya və Krım aydınlar ocaqları ilə birgə fəaliyyət və layihələrinin daha da genişlədilməsi məsələləri müzakirə olunub. Azərbaycanla birgə fəaliyyətini davam etdirən “Aydınlar Ocaqları”, “Mübarizə Qaziləri” və digər strateji platforma işlərinə daha çox əhəmiyyət verilməsinin vacibliyi qeyd edilib. Bildirilib ki, bu istiqamətdə fəaliyyətlərin universitetlər arasında inkişaf etdirilməsi Balkanlar və Orta Asiya türk dövlətlərini əhatə edəcək şəkildə genişləndirilməsi baxımından çox vacibdir.

Konqresdə professor İbrahim Öztek yenidən “Aydınlar Ocağı”nın sədri seçilib.
Bu xəbər oxucular tərəfindən 583 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed