15.04.2021 [05:57] - Xəbərlər, Hərb
Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Yevlax şəhər sakini Əli Məmmədovun doğum günü onun dəfn edildiyi şəhərin Şəhidlər Xiyabanında anılıb.
Yevlax Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və Əli Məmmədovun ailə üzvləri pandemiya dövrünün qaydalarına uyğun olaraq şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra şəhidin evində valideyinləri və ailəsi ilə birlikdə onun keçdiyi şərəfli döyüş yolundan, Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlığından danışılıb. Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirib.

Bu xəbər oxucular tərəfindən 453 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |