16.04.2021 [10:25] - Gündəm, Türk dünyası-Turan
Bərdə Regional Mədəniyyət İdarəsinin həyata keçirdiyi Türkiyə və Azərbaycan qardaşlığına həsr edilən “İki qardaş” layihəsinə yekun vurulub.
Regional İdarədən bildirilib ki, layihənin məqsədi Azərbaycan-Türkiyə qardaşlığının əbədi, sarsılmaz olduğunu göstərmək, həmçinin bu münasibəti yetişməkdə olan gənc nəslə təbliğ etməkdir. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib. Hər iki dövlətin qurucularının – ümummilli lider Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”, Mustafa Kamal Atatürkün isə “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” kəlamlarına söykənən qardaşlığı Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub.
Layihə çərçivəsində Regional İdarənin Yevlax, Mingəçevir, Tərtər, Bərdə şəhər və rayonları üzrə nümayəndəliklərinin gənc mədəniyyət işçilərinin iştirakı ilə Azərbaycan və Türkiyə xalqının tarixini, vaxtilə mövcud olmuş türk dövlətlərini, tarixən Azərbaycan və Türkiyə dövlətlərinin bir-birinin yanında olmasını, Vətən müharibəsində Türkiyənin Azərbaycana dəstəyini, qardaşlıq səviyyəsinə yüksələn əlaqələri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında olan qardaşlıq münasibətlərini əks etdirək videoçarx hazırlanıb.

Bu xəbər oxucular tərəfindən 2486 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |