16.04.2021 [16:09] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“İctimai qınaq özünü ən kəskin formada göstərməlidir, əks təqdirdə, bu cür ”mikroblar" bulaşdırıcıdır...“
Aprelin 12-də paytaxt Bakının Dənizkənarı Milli Parkında Hərbi Qənimətlər Parkı açılıb. Parkda döyüş postu və əsgər kazarması da yerləşir. Burada müharibədə məhv edilən yüzlərlə erməni əsgərinin dəbilqələri və Ermənistan silahlı qüvvələri qoşunlarının mum manikenləri nümayiş olunur. Bu isə Ermənistanı özündən çıxardıb, ermənipərəst siyasi-ictimai xadimləri isə qıcıqlandırıb.
Təəssüf ki, özlərini “sülh göyərçinləri” kimi təqdim edən bəziləri də sosial şəbəkələrdə bu məsələni tənqid etməyə çalışıb. Hansı ki, onların arasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova dil uzatmaq istəyən Nərmin Şahmarzadə də var.
Bəs bu cür “sülh göyərçinləri” ilə necə davranaq? Onların əsl məqsədi nədir?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bunları deyib:
“Parkın əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti özünə qayıdış edərək, hər zaman bilsin ki, o, çox güclü millət, dövlətdir, onun ərazilərinə göz dikənlərin qarşısında durmaq qüdrətinə malikdir. Bunu yeni yetişən nəsil də görməlidir. Ümumiyyətlə, bütün dünya bu cür yaşayır. Hər kəs öz ordusunu gücləndirir. Hətta savaşmayan dövlətlər var ki, orduları güclüdür və hər zaman mesaj verir ki, vətəndaşlarına qarşı hansısa təhdid olarsa, cavab verəcəklər. Biz isə öz ölkəmizdə savaş aparmışıq. Hər zaman müşahidə edirik ki, millətimiz nə qədər ki, özünə gəlir, düşmənlərini məhv edir, öz ərazi bütövlüyü uğrunda savaş aparır, milli birlik yaranır, belələri ortaya çıxır və yaxud çıxardırlar. Bununla da Azərbaycan cəmiyyətinin özünə inamını sarsıtmaq, daxildən parçalamaq, özünə qarşı qoymağa çalışırlar.
O cür parkın salınması, düşmənin boş qalmış dəbilqələrinin nümayişi çox əhəmiyyətlidir. Bu həm də vətənpərvərlik baxımından önəmlidir. Özlərini “sülh quşu” kimi təqdim edənlər isə məqsədli şəkildə danışdırılır və başqa dövlətlərin maraqları üçün istifadə olunur. Onlar ifşa olunmalıdır.
Guya humanizm adı altında çıxış edirlər. Bəs niyə demirlər ki, ermənilər günahsız insanlarımızı iri borulara doldurub, qaynaq edirdilər, əsir düşən qadınlarımızı “Zod” mədənlərində işlədirdirlər və hələ də həmin insanlar əsirlikdən azad olmayıb. Öz ata-babasının məzarını ziyarət edən Dilqəm və Şahbazı əsir götürüb, həbs etmişdilər, biz öz biləyimizin gücü hesabına onları xilas etdik. Ermənilərin açıq-aşkar ədəbiyyatları var, orada deyilir ki, “türk uşaqlarının başlarının dərisini soyurduq, onların nə vaxt öləcəyini gözləyirdik”. Bəs bu dəhşətlər haqqında niyə danışmırlar? Hesab edirəm ki, bu məsələyə yumşaq yanaşmalı deyilik və hətta Vətən müharibəsini, zəfərimizi, ordumuzu gözdən saldıqlarına görə onlara cinayət işi açılmalıdır. Türkiyədə bu məsələ ilə bağlı xüsusi maddə var. Fikrimcə, parlamentdə bu məsələyə baxılmalı və bu cür hücumların qarşısı çox kəsin, inzibati yolla alınmalıdır".

Xalidə GƏRAY/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 795 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |