Şrift:
Şavkat Mirziyoyev: Özbəkistan Transəfqanıstan dəmir yolunun inşasına böyük önəm verir
19.04.2021 [11:11] - Gündəm, İqtisadiyyat
Özbəkistan Transəfqanıstan dəmir yolunun inşasına böyük önəm verir.

Bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Səmərqənd şəhərinə səfəri zamanı jurnalistlərlə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, Özbəkistan, Əfqanıstan və Pakistanın həyata keçirəcəyi 600 kilometr uzunluğu olan Transəfqanıstan-Məzari Şərif-Kabil-Peşəvər dəmiryol dəhlizi ilə bağlı məsələləri Pakistanın Baş naziri İmran Xan və Əfqanıstan Prezidenti Əşrəf Qani ilə bir neçə dəfə müzakirə edəndən sonra bu layihənin həyata keçirilməsinə başlanıb.

Vurğulanıb ki, bu layihəyə Rusiya və yaxın qonşu ölkələr də maraq göstərir.

Dövlət başçısı deyib ki, bu il fevralın 2-də keçirilən Özbəkistan-Əfqanıstan-Pakistan danışıqlarında bununla bağlı yol xəritəsi qəbul edilib.

Prezident bildirib ki, bu dəhliz vasitəsilə Cənubi Asiyaya ən qısa yol əldə edirik. Layihə işə düşdükdən sonra Pakistandan Özbəkistana yüklər 3-5 günə çatacaq.
Bu xəbər oxucular tərəfindən 856 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed