Şrift:
“Dünya bildikdə bizim olur. Dünya bildiyinizdən artıq bizim ola bilməz.” (Xudu Məmmədov)
30.11.2012 [14:32] - DAVAMın yazıları
Dahi şəxsiyyətlər yetişdirən bəşər kainat yaranandan bəri milyon-milyon elmli və müdrik insanların əbədi yaşar beşiyinə çevrilib.Bu insanların ömür salnaməsi əsrlər boyu hafizələrdə yaşayıb, tarixə çevrilib.

Əsrlər boyu xalqların yetişdirdiyi bütün dühalar.Tanrının bəxş etdiyi ziyadır. Ziyalı bu mənada xüsusi bir istadada malik olan insanlara məxsus xüsusiyyətdir. Əzəli-əbədi dünyada qalmaq çox nadir insanların taleyinə yazılır. Ağıl sahibi üçün insan böyük bir aləm, həyatın nəbzi, gözəlliyi duyan, qurub-yaradan, dünyanın dünyalılığını təhlil edən ali şüurlu.heç nəylə müqayisə olunmaz qiymətli.dəyərli bir varlıqdır.Müdriklərimiz səbəbsiz yerə deməyiblər.İnsan şəxsiyyətinin böyüklüyü onun gördüyü işin miqyası ilə ölçülür.O.şəxsiyyət ki.miqyası insanlıq.əmsalı sarəlikdir.Təbiətdə kəşf edilən yeni qanunlar.aşkar olunan yeni səbəbiyyət əlaqələri.açılan sirlər. müəyyən mənada yeni gözəlliklərin kəşfidir.İnsan bu gözəllikləri aşkara çıxardıqca.əzəmətini dərk etdikcə.bunlardan sevinir.məmnunluq duyur.onun dünyaya bağlılığı.təbiətə məftunluğu da müvafiq surətdə artır.İnsan öz mahiyyəti etibarı ilə daim kamilliyə.ülviliyə meyl edir.İnsan üşün həyat məhz yüksəlişdən.zəngin mənəvi sərvəylərə malik olmaqdan ibarətdir.İnsan bütün ömrü boyu öz yüksək mənəvi sərvətini .xeyirxah əməllərini artırmaq.zənginləşdirmək. qayğısına qalmalıdır.İnsanın ən böyük qüdrəti bundadır ki.o.nəinki.təbiətdəki gözəllikləri. duyur.dərk edir.habelə özü öz.dünyagörüşünə.arzusuna.uyğun gözəlliklər yaradır.Bu mənada təbiət özü ən böyük sənətkardır.Elmlə sənətin qırılmaz zəruri əlaqəsi də buradan yaranır.və bu əlaqə qarşılıqlıdır.Zəka nuru ilə təbiətdə aşkar edilən ən eçazkar sirlərin özü gözəllik mənbəyinə çevrilir.Dünya haqqında bütöv fikirləşə bilmək.tam dürüst elmi təfəkkürə malik olmaq.əsil kamil insan olmağın mühüm şərtidir.Dünyada heç nə təbiət və istedad qədər sadəlik sevmir.Öz daxili aləmimizə nəzər salmaqla.mənəvi zənginləşməkdə.kamilləşməkdə bunlar bizə yaxından kömək edir.Əgər fikirlər zənğinləşmirsə.daim yeniləşmirsə. sübhəsiz.tənəzzül.solğunlaşma.dövrü başlayır.Buna görə də biz həyatımızda. Hər cür yeknəsəkliyə qarşı mübarizə aparmalıyıq.Bu ömrümüzün mənasını artırar.həyatımızı daha da zənginləşdirər.Dünyada ən böyük sərvət həyatın özüdür.kəlamına necə yanaşılması nadanlıqla müdrikliyin.bədbəxtliklə xoşbəxtliyin.sınad daşıdır.Aqil o.şəxsdir ki.onun fikirləri qartal kimi daim zirvələrə yönəlir.ömür karvanı isə həmişə ülviliklər yolunda olur.Ömürlərini elmə həsr edən alimlərimiz səmada bərq vuran ən parlaq ulduza bənzəyir.Müdrik Peyğəmbərimizin alimləri dünyanın çırağı.axirətin nuru adlandırmaqla.elmlə məşğul olan insanların böyüklüyünü və aliliyini vurğulayır.Ömür var yaşanır.yaddaşlardan silinib gedir.ömür var ki. qoynundakı izləri.əsrlər.qərinələr aşır.un udulmur.Tarixin yaddaşlarında bərkiyir.nəsillərdən-nəsillərə ötürülür.Millət öz fərdi şəklini.milli varlığını.saxlamaq üçün dünyanın sosioloji quruluşunun imkan verdiyi qədər azadlığa malik olmalıdır.Milli azadlıq olmadan insan azadlığı boş bir əfsanə olaraq qalır.İnsan öz mahiyyəti etibarı ilə daim ülviliyə.kamilliyə meyl edir.Bu meyli itirən kimi o.layiq olduğu və qalxdəğı zirvələrdən aşağı yuvarlanır.Çünki mükəmməlliyə.ucalığa.doğru əbədi meyl də insanın mahiyyətinə daxildir.Kamillik insan mənəviyyatının zənginliyidir.Kuhi saflıq.daxili və mənəvi zənginlik insan övladına xas olan ən ülvi hissdir.Ulu Tanrımızın sevib dəyərləndirdiyi insanlara məxsus ən qiymətli xəzinədir.Həyat bir məktəbdir. Müdriklik məktəbi.müəllimi isə tale yollarımızda bizlə yoldaşlıq edən zamandır.Mübarizə dolu ömür yollarımız zamanın min bir çətinliklər dolu dolaylarından keçərək.bizləri kamilliyə doğru aparır.qiymətimizi isə əməllərimizin müqabilində bizi dəyərləndirən insanlar və zaman verir.Məlum olduğu kimi.insanın xarici aləmlə əlaqəsi iki əsas vasitə ilə -ağıl və hisslə ifadə olunur.Xarici aləmlə məlumat mübadiləsi müddət kəsildikdə.insan gerçəklik hissini itirir.onda normal olmayan psixoloji hallar baş verir.Deyirlər ki.Faradeyin elm aləminə səs salmış məşhur təcrübələrindən xəbər tutan İngiltərə kraliçası onu sarayına çağırır.Faradeyin sınaqlarına baxıb .alimi yola saldıqdan sanra .yaxınlarına deyir.-insan nə qədər işsiz olmalıdır ki. belə mənasız şeylərlə -məşğul olsun.Bu mənasız şeylər müasir texnikanın əsasları idi.Şəxsiyyət oz fəallığını fəaliyyətdə olduqda və ətraf aləmlə qarşılıqlı əlaqədə olduğu prosesdə hiss edir.Fəallığın mənbəyi tələbatdır.İnsanın tələbatları tərbiyə prosesində formalaşır.Şəxsiyyətin formalaşmasının əsas cəhətlərindən biri də həyat məqsədinin müəyyənləşməsidir.Bu işə sənət güclü təsir göstərir.Sənət bizi ictimai .bəşəri məqsədləri başa düşməyə. Onlara xidmət etməyə hazırlayır.Sənət əsərlərinin ən qədim nümunələrində belə. İnsanın dünya vəhdətinin ayrılmaz hissəsi olduğu fikrini oxumaq mümkündür.Onlar hamısı öyrədir ki. insan yaratdığında yaşayır.Sənətin vətəndaşlıq duyğusu tərbiyə edən. Bu duyğunu itiləşdirən bir vasitə kimi böyük gücü vardır.Böyük fransız alimi Paster demişdir.-Elmin vətəni yoxdur.lakin alimin vətəni olmalıdır.Yaxşı elmin. yaxşı sənətin vətəni yoxdur.o.bütün dünyanın.bütün insanlığındır.Gələcəy imiz üçün .ümumi tərəqqimiz üçün.gənclərimizə dərindən .ümumdünya miqyasında müstəqil düşünməyi .oyrətmək uğrunda hər cür fikir tənbəlliyinə .iradəsizliyə .başqalarının mülahizələrini kor-koranə yamsılamağa.və bunların əsiri olmağa qarşı mübarizə aparmaq.hamımızın əxlaqi borcumuzdur.Bunsuz heç bir tərəqqi .heç bir müstəqillik mümkün deyil.Bu ümumxalq işidir.bu işdə gənclərdə dərindən düşünmək mədəniyyəti aşılanmasında ümumxalq rəyindən geniş istifadə olunmalıdır.Gənclər nəinki. əvvəlki nəsillərin zəngin fikir irsinin qanuni varisləri olmalı. Habelə .özləri oz dövrlərində yeni fikirlər xəzinəsi yaratmağa qadir olmalıdırlar.Yalnız belə gənclərə malik xalqlar oz gələcəklərinə tam arxayın ola bilərlər.və öz gəncləri ilə fəxr edə bilərlər.Həyatın xırda çətinlikləri səni böyuk məqsədlərdən yayındırırsa. Fizulini oxu.Müvəffəqiyyətsizlik üz vermişsə.Koroğlunun ölməz uvertürünə qulaq as.sənə yenidən qalxıb irəli getmək həvəsi gələcək.Motsarta.Bethovenə.Qriqə.Çaykovskiyə qulaq as. Sakitlik tapacaqsan.Xalqlar bəşəriyyətin siyasi və mədəni tarixindəki xidmətləri ilə tanınır.

Səbayıl ray.Qadınlar Cəmiyyətinin sədri, Hümbətova Almara.
Bu xəbər oxucular tərəfindən 1848 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed