19.04.2021 [11:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Qərbi Azərbaycan əyalətinin və Şərqi Azərbaycanın Əcəbşer şəhərinin polis rəisləri mətbuata verdikləri açıqlamada məlumat veriblər.
Qərbi Azərbaycan əyalətinin polis rəisi Məsud Xurrəmniya aprelin 18-i, bazar günü mətbuata verdiyi açıqlamada keçirilən əməliyyat nəticəsində 3 narkoticarət şəbəkəsindən ümumilikdə 429 kq-dan çox narkotik maddənin götürüldüyünü bildirib.
Məsud Xurrəmniya keçirilən əməliyyatda 15 narkotik qaçaqçısının, 89 satıcının saxlanılaraq məhkəmə orqanlarına təhvil verildiyini, onlara məxsus 11 avtomobil və bir motosikletin müsadirə olunduğunu deyib.
Şərqi Azərbaycan əyalətinin Əcəbşer şəhərinin polis rəisi polkovnik Rəhman Əbdi isə bir nəfər qaçaqmalçının saxlanıldığını və ondan 9 kq 800 qram narkotik maddə olan tiryəkin götürüldüyü barədə məlumat verib.
Qeyd edək ki, narkotik maddələr İranın şərq və mərkəzi əyalətlərindən əsasən Azərbaycan Respublikası ərazisində yaymaq və Türkiyə üzərindən Avropaya göndərmək üçün Azərbaycan əyalətlərinə daşınır.
Məlumata görə, çox miqdarda tutulan narkotik maddələr əsasən İran İslam İnqilab Keşikçiləri Korpusu (“Sepah”)” və İran Təhlükəsizlik orqanlarının nəzarətindən kənarda fəaliyyət göstərən narkotacirlərə məxsusdur.
Bununla yanaşı Qərbi Azərbaycan əyalətində narkotik maddələrin alveri ilə məşğul olanlar əsasən kürd silahlı qruplaşmalarına yaxın şəxslərdirlər.
Narkotik maddələrin satışından əldə edilən gəlir o təşkilatların əsas gəlir qaynaqlarından birini təşkil edir.

Bu xəbər oxucular tərəfindən 1212 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |