Şrift:
Özbəkistanda 5 ay bundan əvvəl bağlanan COVID mərkəzləri yenidən açılır
20.04.2021 [11:01] - Gündəm, Sağlıq
Özbəkistanda son bir ayda koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar 5 ay bundan əvvəl bağlanan COVID mərkəzləri yenidən açılır.

Bununla bağlı Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, müəllim və tələbələr arasında yoluxma hallarının çoxalması ilə əlaqədar universitetlərin əksəriyyəti yenidən onlayn təhsil formasına keçir.

Aprelin 18-də isə COVID-19 aşkar edilən bütün məktəb və uşaq bağçaları iki həftə müddətinə karantinə bağlanıb.

Xatırladırıq ki, karantin nəzarəti böyük ticarət mərkəzlərində, mağazalarda və bazarlarda da gücləndirilib. Bu məkanlara gedərkən maska taxılmalı, girişdə antiseptik vasitələrlə əllər silinməli və sosial məsafə gözlənilməlidir. İctimai iaşə müəssisələrində, restoran və kafelərdə eyni vaxtda 100-dən artıq adam olmamalıdır.

Məlumatda bildirilir ki, avtobuslarda yerlərin 50 faizi doldurulmalıdır. Zəruri hallarda xəttə buraxılan maşınların sayı artırılmalıdır.

Ramazan ayı müddətində dindarlar sosial məsafəyə əməl etməklə və maska geyinməklə məscidlərin həyətlərində açıq havada ibadət etməlidirlər. İftar zamanı adamların sayı 100-ü ötməməlidir.
Bu xəbər oxucular tərəfindən 1634 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed