20.04.2021 [11:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Savadlanma Hərəkatının bir qrup müəllimi Ərdəbil Təhsil Baş İdarəsinin qarşısına toplaşıb.
Etirazçılar 10 illik iş təcrübəsinə və işə qəbul imtahanından keçmələrinə baxmayaraq işə götürülmədiklərini söyləyiblər.
Əksəriyyəti qadınlardan ibarət olan etirazçı müəllimlər iş statuslarının ən qısa müddətdə bəlli olmasını tələb ediblər.
Ölkənin başqa əyalətlərindən təhsil işçilərinin bu cür problem yaşamadığını bəyan edən müəllimlər hökumətin işə qəbulla bağlı vədlərinin yerinə yetirilmədiyini bildiriblər.
Qeyd edək ki, Savadlanma Hərəkatı Təhsil Nazirliyinin tabeliyində olan dövlət qurumudur.
Bu qurum 1980-ci ildə şah dövründə fəaliyyət göstərən “Sepahi Daneş”in (Bilik Ordusu) bazasında yaşlıların və məktəbə getmək imkanı olmayan uşaqların təshilə cəlb edilməsi məqsədilə yaradılıb.

Bu xəbər oxucular tərəfindən 1224 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |