01.12.2012 [09:57] - Gündəm, Mədəniyyət
Dekabr ayının 4-ü 2012-ci il tarixdə, saat 14-00-da Dünya Azərbaycanlılarının İnformasiya Mərkəzində, görkəmli alim Əkrəm Rəhimlinin 80-illik yubleyi keçiriləcək. 21 Azər hərəkatının şahidi Əkrəm Rəhimli Güney Azərbaycanla bağlı çoxsaylı əsərlərin müəllifidir və hazırda Cənubi Azərbaycan şöbəsinin rəhbəri olaraq bu istiqamətdə tədqiqat aparan alimlərə elmi yardımını əsirgəmir.
Əkrəm Rəhimli 1946-cı ildə Güney Azərbaycanda Milli hökumətin süqutundan sonra ailəsi ilə birlikdə sərhəddi keçərək Qazax şəhərinə gəlir. Burada ali təhsil alır. Elm yolunu tutur.
Bütün şüurlu həyatı boyu Güney Azərbaycanla - ata yurdu ilə nəfəs alıb bu dəyərli insan. Müstəqilliyimizin bərpasınadək Əkrəm Rəhimli Quzeydə "vətənsiz" ("vətəndaşlığı olmayan") pasportu ilə yaşayıb.
Daim Güney Azərbaycana aid tədqiqat aparmaq, mütaliə və axtarışlarla oranı daha yaxından öyrənmək həvəsi beynində dolaşsa da alimimiz 1959-cu ilin payızında özündən asılı olmayan səbəb üzündən Türkiyə iqtisadiyyatı üzrə aspiranturaya qəbul olunub. Respublikanın tanınmış iqtisadçısı-şərqşünas alimi mərhum H.Hüseynovun rəhbərliyi, moskvalı türkoloq alim A.F.Millerin məsləhəti ilə Atatürk dövründə Türkiyənin SSRİ ilə iqtisadi əlaqələri mövzusunda tədqiqatı başa çatdırıb Moskvadakı Şərqşünaslıq İnstitutunda müdafiə edib. Türkiyənin xarici ticarət siyasəti (1920-1980) adlı monoqrafiya çap etdirib. Müasir Türkiyənin xarici iqtisadi əlaqələrinə, ölkədəki duruma aid 10 elmi məqalə, bir neçə tezis və məruzə elmi dərgilərdə, elmi xəbərlərdə çap olunub. Bir neçə il AMEA Şərqşünaslıq İnstitutunun “Türkiyə tarixi və iqtisadiyyatı” şöbəsinə başçılıq edib. Hazırda isə Azərbaycan MEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycan bölməsinin rəhbəridir.
Güney həsrətli alimimiz Əkrəm Rəhimli (Bije) 80 yaşını birgə keçirmək istəyən hər bir kəsi Bakı şəhəri, istiqlaliyyət küçəsi 8-ünvanda (Əlyazmalar İnstututunun yanı) yerləşən DAİM Mərkəzinə dəvət edirik.
DAİM Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 2389 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |