Şrift:
Azərbaycan ilə Gürcüstan arasında din sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
21.04.2021 [10:31] - Gündəm, İslam dini
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze ilə görüşüb.

Səfirlikdən bildiriblər ki, görüşdə ölkələrimiz arasında bütün sahələrdə, eləcə də dini sahədə əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Dini Məsələlər üzrə Dövlət Komitəsinin əməkdaşlığın inkişafı istiqamətində işləri davam etdirməsi barədə fikir mübadiləsi aparılıb.

Səfir Azərbaycanda dini tolerantlıq mühitindən söz açıb, bildirib ki, tarixi mədəniyyət abidələrinin, xristian, yəhudi və digər dinlərə məxsus məbədlərin bərpası və təmiri, dilindən və dinindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının etiqad azadlığının qorunması və dini ehtiyaclarının təmin olunması Azərbaycanın dini-mənəvi mühitini əks etdirən real göstəricilərdir.

Z.Vaşakmadze Gürcüstanda ikinci ən böyük dini təriqəti təmsil edən müsəlman vətəndaşları Ramazan ayının başlaması ilə əlaqədar olaraq təbrik edib, koronavirus pandemiyası ilə bağlı bu müqəddəs ayda onlarla birgə ola bilmədiyi üçün təəssüf hissi keçirdiyini söyləyib.

O, rəhbərlik etdiyi qurumun ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrinin inkişafı üçün lazımi dəstəyi göstərməyə daim hazır olduğunu bildirib.

Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Tərəflər qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətindən söz açıb, digər sahələrdə olduğu kimi din sahəsində də Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin yeni müstəviyə çatdırılmasının vacibliyini qeyd ediblər.
Bu xəbər oxucular tərəfindən 4400 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed