Şrift:
Özbəkistanda əhali sayı 35 milyona çatıb
21.04.2021 [10:49] - Xəbərlər, Sosial
Aprelin 1-nə olan məlumata görə, Özbəkistanın əhalisi 34,7 milyon nəfərə çatıb.

Özbəkistan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu ilin əvvəlindən ölkə əhalisi 136,7 min nəfər artıb. Bildirilir ki, artım bu səviyyədə qalsa, ilin sonunadək əhalinin sayı 35 milyonu ötəcək.

Məlumatda qeyd olunur ki, hazırda ölkədə 17,2 milyon qadın, 17,5 milyon kişi yaşayır.

Əhalinin sıxlığına görə Səmərqənd vilayəti birinci yerdədir (4 milyon), Fərqanədə 3,8 milyon, Qaşqadərya vilayətində 3,3 milyon nəfər yaşayır.
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed