01.12.2012 [10:14] - Gündəm, Hadisə
ABŞ-da fəaliyyət göstərən “Erməni gücü” (Armenian Power) adlı cinayətkar qruplaşmanın iki üzvünə 25 il həbs cəzası verilib.
ABŞ mediasının verdiyi məlumata görə, 36 yaşlı Anqus Braun və “At” ləqəbli, 33 yaşlı Armen Şaropetrosyan qeyri-leqal yolla həbsxanaya keçirdikləri mobil telefonlar vasitəsilə qanqster qruplaşmasının bütün hərəkətlərini idarə ediblər. Bunun nəticəsində onlar yüzlərlə insana qarşı dələduzluq hərəkətləri həyata keçirilib və onlara milyonlarla dollar həcmində ziyan vurulub. Anqus Braun və Armen Şaropetrosyan ilə birgə qruplaşmanın digər 18 üzvü də cəza alıblar.
Qeyd edək ki, A.Şaropetrosyan bundan əvvəl qeyri-qanuni silah saxlanmaqda və avtomobilə atəş açmaqda ittiham olunaraq 10 illik həbs cəzasına məhkum olunub. Bununla da o, dəmir barmaqlar arasında daha 25 il keçirəcək.

Bu xəbər oxucular tərəfindən 1488 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |