22.04.2021 [10:49] - Xəbərlər, Mədəniyyət
Aprelin 22-si Həsən Əblucun doğum günüdü
Elə sənətkarlar var ki, onlar həmişə arzuolunandırlar. Belələri üçün efirdə görünmək təkcə şöhrət və şərəf məsələsi deyil. Onlar bunu tamaşaçı zövqü, marağı və alqışı ilə qazanırlar. Azərbaycanın görkəmli qiraət ustası Həsən Əbluc kimi.
Bu gün tanınmış aktyoru və rejissor, bədii qiraət ustası, pedaqoq, Əməkdar artist Həsən Əblucun anadan olmasının 79-cu ildönümü tamam olur.
Tanrı ona elə bir böyük məharət, gözəl bir səs bəxş etmişdi ki, bu təkrarolunmaz deyim tərzi yalnız və yalnız ona məxsus idi. Çoxları bu yolda var-gəl etsə də, Həsən Əbluc üslubu daim öz kamilliyi, ustalığı, axarı, qeyri-adi səslənişi ilə ürəklərə qəribə bir rahatlıq, bəlkə də narahatlıq gətirirdi. Sanki dinləyici onu dinləməyə məhkum olurdu. Ona görə ki, onun səsləndirdiyi istər poeziya, istərsə də nəsr nümunələrini başqaları nədənsə dinləyicinin daxilinə, varlığına o cür hakim edə bilmirdi. Bu ləngərli, tutarlı, sanballı üslub Həsən Əblucu zaman baxımından çoxlarından fərqləndirirdi. Sağlığında da, ölümündən sonra da. Elə bil onun öz deyim tərzi vardı. Bu ölçüdə hər şey dözəl səslənirdi. Təkcə səslənmirdi, həm də gözəl dinlənilirdi...
Həsən Əbluc 1942-ci il aprelin 22-də Təbriz şəhərində anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Həsən Əbluc hələ uşaq vaxtlarından aktyorluğa böyük həvəs göstərib. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Texniki Universitet) daxil olub. Birinci kursdan sonra sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə verib. Elə həmin il Azərbaycan Dövlət Dram Teatrında rumın yazıçı Sebastyanın “Adsız ulduz” tamaşasına quruluş verib.
H.Əbluc Tofiq Kazımov kimi istedadlı rejissorun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı tamaşalarda ikinci rejissor işləyib, həm də onun kursunda təhsilini davam etdirib. 3-cü kursda oxuyanda Akademik Dram Teatrına işə dəvət olunub. Ona səhnə danışığından Müxlis Cənizadə dərs deyib. O, Həsənin gözəl danışığına, sənətinə, diksiyasına, savadına görə onu assistent götürüb. Həsən Əbluc 30 il Azərbaycan Dövlət İncəsənət Universitetində bir pedaqoq kimi gənclərə sənətin sirlərini öyrədib.
Vaxtilə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Azərbaycan qrupu yaradılmışdı. Məşhur aktyor, rejissor Yevgeni Motfeyev həmin qrupun rəhbəri idi. Ayda bir həftə səhnə danışığından dərs demək üçün Həsən Əblucu Moskvaya dəvət edirdilər.
Həsən Əbluc gözəl, ecazkar, cəlbedici, inandırıcı səsi ilə qəlbi sözə bağlı olanların sevimlisinə çevrilmişdi. O, radio tamaşalarında da saysız-hesabsız baş rollarda oynamışdır. Dublyaj filmlərində bütün rejissorlar baş rolları səsləndirməyi H.Əbluca həvalə edirdilər. Çünki o, dublyajda da öz möhürünü vurmuşdu.
Həm müəllim, həm rejissor, həm də aktyor olan Həsən Əbluc, eyni zamanda biri-birindən maraqlı hekayələr, dram əsərləri yazıb.
O, cəmi 52 il yaşadı. Bu işıqlı dünyadan ömrünün kamilliyə yenicə çatdığı bir vaxtda ayrılan Həsən Əbluc yaddaşlarda da öz kamil və ləngərli səsi ilə elə bu yaşda qaldı. Onu səsinin yaşı ilə ömrünün yaşı bəlkə də üst-üstə düşür. Azı ona görə ki, belə qiraət ustasının səsi heç vaxt qocala, titrəyə, öz təravətini itirə bilməzdi...
Sənətkarın qardaşı kinorejissor Ənvər Əbluc оnun haqqında “Həsən Əbluc” filmini lentə alıb. Bu Həsən Əbluca bir qardaş sevgisi ilə yanaşı, həm də bir tamaşaçı aşiqliyindən irəli gəlmişdir.

Bu xəbər oxucular tərəfindən 873 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |