Şrift:
Birinci rübdə Yardımlıda əsas kapitala 521,6 min manat vəsait yönəldilib
23.04.2021 [10:39] - Gündəm, İqtisadiyyat
Bu ilin birinci rübündə Yardımlı rayonunun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 521,6 min manat vəsait yönəldilib. Ümumi sərmayənin 494,6 min manatı və ya 94,8 faizi dövlət, 27 min manatı və ya 5,2 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 511,4 min manatı və ya 98 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

Bu barədə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.

Tikinti işlərinin ümumi dəyərindən 215,5 min manatı və ya 42,8 faizi dövlət mülkiyyətinə aid müəssisələrin, 287,9 min manatı və ya 62,2 faizi isə qeyri-dövlət mülkiyyətinə aid subyektlərin payına düşür. Tikinti müəssisələrinin öz gücləri ilə yerinə yetirdiyi işlərin və göstərdiyi xidmətlərin ümumi həcmindən 287,9 min manatı əsaslı təmir, 215,5 min manatı isə cari təmir işləridir.
Bu xəbər oxucular tərəfindən 926 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed