23.04.2021 [10:58] - Xəbərlər, Sosial
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon gəncləri Vətən müharibəsinin Səbail rayon şəhidlərinin məzarlarını ziyarət edib, müstəqil Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmanlıqla döyüşərək həlak olan bütün şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad ediblər.
YAP Səbail rayon təşkilatından bildiriblər ki, gənclər Səbail rayon sakini, hərbi xidmətinin yeni başlanmasına baxmayaraq sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman könüllü olaraq ön cəbhəyə göndərilməsini xahiş edən qəhrəman şəhidimiz Məmmədli Cəmil Habil oğlunun ailəsini evində ziyarət ediblər. Ailə üzvləri ilə birlikdə igid döyüşçümüzün şərəfli həyat və döyüş yolu bir daha xatırlanıb.
Vurğulanıb ki, qanları və canları bahasına Azərbaycana şanlı Qələbə qazandıran şəhidlərimiz əbədi olaraq xalqımızın qəlbində yaşayacaqlar, zaman keçdikcə qəhrəman Vətən oğullarının şücaəti, mərdliyi igidlik dastanına çevriləcək.
Vətən uğrunda qəhrəmanlıqla döyüşən və şəhadət zirvəsinə yüksələn oğulları Cəmil ilə fəxr etdiklərini vurğulayan Məmmədlilər ailəsi şəhidimizlə bağlı əziz xatirələrini gənclərlə paylaşıblar.
Şəhid Məmmədli Cəmil Habil oğlu 1999-cu il iyulun 28-də İsmayıllı rayonunda anadan olub. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil alıb, 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsində ali təhsil alıb. Təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblərarası “Mahir nişançı” adlı güllə atıcılığı turnirində III yerə layiq görülüb.
2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra Cəmil hərbi xidmətə yollanıb. Sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman könüllü olaraq ön cəbhəyə göndərilməsini xahiş edib. Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edib. Oktyabr ayının 14-dən 15-nə keçən gecə Hadrut döyüşü (Füzuli rayonu) zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Cəmil Habil oğlu Məmmədli (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib.
Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentinin Sərəncamına əsasən Cəmil Məmmədli ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalına layiq görülüb.
Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılan Cəmil şəxsi igidliyi və şücaəti sayəsində Prezidentin müvafiq Sərəncamı ilə ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Bu xəbər oxucular tərəfindən 560 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |