Şrift:
Hindistanda COVID-19 xəstəxanasında baş verən yanğında 13 nəfər ölüb
23.04.2021 [10:59] - Xəbərlər, Hadisə
Hindistanın Maharaştra ştatında COVID-19 pasiyentlərinin müalicə aldığı xəstəxanada baş verən yanğında 13 nəfər ölüb.

Hindistan KİV-lərinə istinadla xəbər verir ki, yanğın yerli vaxtla saat 3:30-da Palqar rayonundakı 90-dan çox COVID-19 pasiyentinin olduğu özəl xəstəxananın reanimasiya şöbəsində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər təxminən 2 saat sonra yanğını nəzarət altına ala biliblər. Bir neçə nəfərin də yaralandığı bildirilir. Yanğının havalandırma sistemindən başladığı güman olunur.

Xəstəxanadakı digər pasiyentlər başqa tibb ocaqlarına köçürülüblər.

Baş nazir Narendra Modi ölənlərin yaxınlarına başsağlığı verib.
Bu xəbər oxucular tərəfindən 1192 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed