Şrift:
Zaqatalada bu günədək vətəndaşlara 18 min 843 doza vaksin vurulub
23.04.2021 [11:05] - Gündəm, Sosial
Zaqatala rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi rayon mərkəzi xəstəxanasının infeksion xəstəliklər şöbəsinin binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Zaqatala rayonu üzrə vətəndaşlara 18 min 843 doza vaksin vurulub.

Rayon icra hakimiyyətində yaradılan qərargahdan bildirilib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 11 min 736 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 7 min 107 nəfərdir.

Yaş qrupları üzrə bu günədək Zaqatala rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 4 min 373 doza, 50-65 yaş arasında vətəndaşlara 10 min 523 doza, 50 yaşadək vətəndaşlara isə 3 min 947 doza vaksin vurulub.
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed