23.04.2021 [11:07] - Xəbərlər, Mədəniyyət
İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədilə keçirilən birinci sosioloji tədqiqat - onlayn-sorğu başa çatır.
ADA Universitetindən bildirilib ki, onlayn-sorğunun fəaliyyəti aprelin 25-i saat 20:00-da dayandırılacaq. Bundan sonra məlumatların emalı və təhlili başlayacaq.
Bu il fevralın 22-də açılmış bu internet sorğusu ADA Universitetində yaradılmış və müxtəlif elm-təhsil müəssisələrinin mütəxəssislərindən ibarət olan xüsusi Tədqiqat Qrupu tərəfindən dövlət sifarişi əsasında keçirilir. Sorğuda 65 min nəfər iştirak edib, sorğu səhifəsinə baxış sayı isə 400 mini ötüb. Bütün iştirakçıların fərdi məlumatları konfidensial saxlanılır.
ADA Universiteti və Tədqiqat Qrupu onlayn sorğuda iştirak edərək öz istək, niyyət və gözləntilərini bildirən bütün məcburi köçkün vətəndaşlarımıza, sorğu ilə bağlı elan, xəbər və yenilikləri mütəmadi olaraq işıqlandıran kütləvi informasiya vasitələrinə, tədqiqatın keçirilməsinə kömək göstərmiş bütün həmkarlara əməkdaşlığa görə minnətdarlığını bildirir.

Bu xəbər oxucular tərəfindən 889 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |