Şrift:
“Sinovac” şirkəti 260 milyon doza COVID-19 peyvəndi istehsal edib
23.04.2021 [11:09] - Xəbərlər, Sosial
Çinin “Sinovac Biotech” şirkəti indiyədək 260 milyon doza COVID-19 virusu əleyhinə peyvənd istehsal edərək, sifarişçilərə çatdırıb.

Vaksinlərin 60 faizi xaricə göndərilib, qalan hissəsi Çində vaksinasiya prosesində istifadə olunur. Bildirilir ki, şirkətin illik COVID-19 peyvəndi istehsal gücü 2 milyard doza təşkil edir. Bu, 3-cü istehsal xəttini istifadəyə verilməsi ilə mümkün olub.

Qeyd edək ki, "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" peyvəndinin Çin, Türkiyə, İndoneziya, Braziliya da daxil olmaqla, 30-dan çox ölkədə tətbiqinə icazə verilib. Yanvarın 18-də Azərbaycanda başlayan COVID-19 virusuna qarşı vaksinasiya prosesində də məhz "Sinovac"ın peyvəndindən istifadə edilir.

Təsirsiz hala gətirilmiş (inaktivləşmiş) bu peyvəndin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər şurası "Sinovac" şirkətinin istehsalı olan vaksinin təhlükəsiz və effektli olduğunu bildirib
Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed