Şrift:
Maddi sıxıntı çəkən Ərdəbil karikaturaçıları narazıdır: "Hökumət bu sahənin inkişafına dəstək vermir"
23.04.2021 [11:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə karikaturaçı rəssam Söhrab Xeyri mətbuata verdiyi müsahibədə bildirib.

"Ərdəbil əyalətində karikaturaçılıq sənəti ilə yaşayışını təmin edib və sənəti inkişaf etdirmək üçün şərait yoxdur"- deyə, bu sahədəki mövcud durumu tənqid edən Söhrab Xeyri bildirib.

O, hökumət və əlaqədar qurumların Ərdəbil əyalətində bu sahənin inkişafına diqqət ayırmadığını deyib. Onun sözlərinə görə, bu sahənin inkişafına lazımi diqqət göstərilmədiyindən rəssamlar yalnız daxili və xarici festivallarda iştirak edərək əsərlərini tanıtdıra bilirlər.

S.Xeyri deyib ki, hökumətin laqeydliyi üzündən karikaturaçı rəssam olmaq istəyən öyrəncilərin sayı azalıb.
Bu xəbər oxucular tərəfindən 1215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed