Şrift:
Təbrizdə bir neçə ev polis qüvvələrinin hücumuna məruz qalıb
01.12.2012 [10:45] - Güney Azərbaycan xəbərləri
Təbrizdə polis qüvvələri peyk antenalarını yığışdırmaq məqsədi ilə bir çox evə hücum ediblər.
Məmurlar məhkəmə hökmü olmadan qanunsuz şəkildə evlərə daxil olub və evlərdə axtarış aparıblar. Məlumata görə, axtarış zamanı peyk antenaları ilə birlikdə daha bir neçə əşya zəbt olunub.
Qeyd edək ki, İran polisi ölkə əhalisi, xüsusi ilə azərbaycanlıları informasiya blokadasına almaq üçün zaman-zaman bu tip əməliyyatlara əl atır.
Bu xəbər oxucular tərəfindən 1620 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed