Şrift:
İranın dövlət televiziyasında dahi Azərbaycan şairi Məhəmməd Füzuli təhqir olundu
26.04.2021 [10:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Panfarsist kimi tanınan fars dili və ədəbiyyatı müəllimi, məktəb dərsliklərinin müəlliflərindən biri, İran məktəb dərsliklərinin planlaşdırma şurasının üzvü və televiziya verilişləri üzrə mütəxəssis Höccət Kəcani Hisari dahi şair haqqında ironik tərzdə “Füzuli Saib Təbrizinin farsca şeirlərini oğurlayaraq türkcəyə çevirib öz adına çıxıb" deyib.



O, Azərbaycan şairinin "Füzuli" təxəllüsünü təsadüfən seçmədiyini bildirib. Bu təxəllüsün ona yaraşdığını deyib.

Qeyd edək ki, o, burada məqsədli şəkildə “Füzul” sözünün ərəbcə “başqasının işinə müdaxilə edən, hər işə qarışan” anlamını nəzərdə tutub.



Verilişin yayılmasından qısa müddət sonra Güney Azərbaycan və İranın müxtəlif bölgələrində yaşayan türk ziyalılar və milli fəallar İran dövlət televiziyasına qarşı bütün səviyyələrdə geniş etiraz kampaniyasına başlayıb.



Güney azərbaycanlı ziyalılar, ədəbiyyat və mədəniyyət xadimləri və adi vətəndaşlarla yanaşı Təbrizdən İran parlamentinə seçilən millət vəkilləri, o cümlədən Əhməd Əlirzabeygi, Ruhullah Mütəfəkkir Azad, Məhəmmədhüseyn Fərhəngi və b. sosial şəbəkələrdə və mətbuatda məsələyə sərt reaksiya veriblər.



Təbriz, Üskü cə Tufarqandan İran parlamentinə seçilən Əhməd Əlirzabeygi özünün "Twıtter" hesabında yazıb: “Saib anadan olmamışdan 37 il öncə Füzuli dünyasını dəyişmişdi.



İran televiziyasında türkləri və Azərbaycan mədəniyyətini təcrid etmək üçün tarixin təhrifi və bu istiqamətdə başqa fəaliyyətlərin göstərilməsi İran Radio və Televiziyasını daha da hörmətdən salmaq və etibarsız etməkdən başqa bir işə yaramayacaq”.
Bu xəbər oxucular tərəfindən 1197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed