Şrift:
Gürcüstanda Pasxa bayramı ilə əlaqədar bəzi məhdudiyyətlər tətbiq olunacaq
27.04.2021 [10:16] - Xəbərlər, Sosial
Gürcüstanda Pasxa bayramı ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən, mayın 3-dən 12-dək ölkədə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Pasxa bayramı günlərində qəbiristanlıqları ziyarət məhdudlaşdırılacaq, məzarlıqlara aparan yollar bağlanacaq.

Kilsələrdə bayrama aid dini ayinlərin epidemioloji təhlükəsizlik normalarına uyğun qaydada icrasına nəzarət gücləndiriləcək.

Pasxa gecəsi ölkədə qüvvədə olan komendant saatı qismən ləğv olunacaq.

Qərara əsasən, mayın 1-dən 2-nə keçən gecə hərəkətə məhdudiyyət yumşaldılacaq, saat 23:00-dan 04:00-dək hərəkət qadağan ediləcək. Məhz bu vaxt kilsələrdə bayram ibadətləri həyata keçirilir.

Qeyd edək ki, Gürcüstanda mayın 4-dən 11-dək ölkə miqyasında tətil olacaq.
Bu xəbər oxucular tərəfindən 387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed