Şrift:
Qazaxıstanın Səhiyyə naziri yerli “QazVac” peyvəndi vurdurub
27.04.2021 [10:23] - Gündəm, Sosial
Qazaxıstan Səhiyyə naziri Aleksey Tsoy ölkədə istehsal olunan koronavirusa qarşı “QazVac” peyvəndini vurdurub.

Yerli peyvənd bir nəfər üçün iki dozadan ibarətdir.

Qazaxıstan peyvəndinin ilk partiyası Elmi Tədqiqat Bioloji Təhlükəsizlik Problemləri İnstitutunda 50 min dozada istehsal olunub və artıq bölgələr arasında paylanmaqdadır.

Qazaxıstan dünyada peyvənd istehsalına başlayan və peyvənd istehsalının tam dövrünü müstəqil olaraq mənimsəyən ilk beşliyə daxil olan on ölkə sırasına daxil edilib. Ölkə üzrə təxminən 900 min nəfər koronavirusa qarşı peyvənd olunub.
Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed