28.04.2021 [10:48] - Gündəm, Sağlıq
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 362 min yoluxma aşkarlanıb. Bununla da Hindistan dünya üzrə COVID-19 virusuna gündəlik yoluxma antirekordunu yeniləyib. Hindistanda ardıcıl 7 sutkadır ki, yoluxma sayı 300 mindən çoxdur.
Hindistanın Federal Səhiyyə Nazirliyi xəbər verir ki, ötən sutka ölkədə COVID-19 infeksiyası səbəbindən 3 min 285 ölüm qeydə alınıb. Bu rəqəm pandemiya dövründə Hindistanda gündəlik ən çox ölüm halı olmaqla yanaşı, ötən sutka dünya üzrə də ən böyük ölüm göstəricisi olub. Hindistanda pandemiya qurbanlarının ümumi sayı 200 mini ötüb.
Qeyd edək ki, pandemiyanın 2-ci və daha ağır dalğasının müşahidə olunduğu Hindistanda indiyədək COVID-19 infeksiyasına 17 milyon 988 min yoluxma qeydə alınıb. Hazırda ölkədə təxminən 3 milyon aktiv koronavirus xəstəsi var

Bu xəbər oxucular tərəfindən 1644 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |