28.04.2021 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Özəl sektora məxsus avtobusların sürücüləri əyalət qubernatorluğunun binası qarşısında toplaşaraq gecikdirilmiş əmək haqlarının ödənilməsini tələb ediblər.
Urmu şəhər bələdiyyəsinə məxsus avtobusların sürücüləri əmək haqlarının ödənilməməsinə etiraz ediblər. Sürücüləri narazı salan həmçinin qanunda nəzərdə tutulmuş gediş haqqı biletlərində subsidiyaların verilməməsidir.
Qeyd edək ki, son iki həftə ərzində şəhərdə ictimai nəqliyyat yarım iflic vəziyyətə düşüb. Buna səbəb 293 özəl sektor operatorunun subsidiyaların və əmək haqlarının ödənilməməsinə etiraz olaraq avtomobillərini Urmunun ictimai nəqliyyat dövriyyəsindən çıxarmalarıdır.
Özəl sektor nümayəndələrinin dediyinə görə, operatorların hər birinə bələdiyyə təxminən 500 milyon borc ödəməlidir. Bu isə Urmu bələdiyyəsinin imkanı xaricindədir.
Xatırladaq ki, son aylar ərzində Urmu şəhərində sürücülər dəfələrlə aksiya keçirib. Etirazlar nəticə vermədiyi üçün onlar ötən ilin dekabr ayının 28-də Tehrana gedib İran parlamentinin binası qarşısında da aksiya keçirmişdilər.
Son vaxtlar Güney Azərbaycanın müxtəlif şəhərlərində iş adamlarının və müxtəlif sahələrdə çalışan işçilərin onlarla etiraz aksiyası qeydə alınıb.
"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyətinin yaydığı son hesabata görə, 2021-ci ilin ilk 3 ayı ərzində Təbriz, Urmu, Ərdəbil, Həmədan, Qəzvin, Kərəc, Ərak və başqa şəhərlərdə 70 etiraz aksiyası keçirilib.

Bu xəbər oxucular tərəfindən 1166 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |