01.12.2012 [14:55] - Gündəm, Sosial
Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi Milli Məclisin büdcə layihəsini təsdiqləməsi ilə başa çatdı. Partiyaların isə dəyişikliyə münasibəti birmənalı deyil.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev hesab edir ki, bu, gözdən pərdə asmaq olub. Onun sözlərinə görə, siyasi mühitin demokratikləşməsi nəzərdə tutulursa, o zaman kifayət qədər böyük vəsait ayrılmalıydı : “11 partiya üçün 1 ilə ayrılan vəsait çox cüzidir. Təkcə bir partiya qərargahının icarə haqqını ödəməsi üçün kifayət qədər vəsait tələb olunur. Ən azı partiyalar öz namizədləri ilə prezident, parlament, bələdiyyə seçkilərində iştirak etməlidir. Bütün bunlar yetərincə vəsait tələb edir”.
Partiyasının 60 - a yaxın rayon təşkilatının fəaliyyət göstərdiyini deyən F.Quliyevin fikrincə, nəzərdə tutulan vəsait onlarla əlaqə saxlamaga imkan vermir: “Şübhəsiz bu, ölkədə siyasi partiyalara yeni yanaşmadır. Əgər ölkədə mübarizənin meydanlardan parlamentə, dünyagörüşünə, platformaya keçməsini istəyiriksə, cəmiyyətin partiyalaşmasına normal şərait yaratmaq lazımdır. Amma bu vəsait görüləcək işlər üçün adekvat deyil. Hesab edirəm ki, dövlət başçısı bu məsələləri nəzərə alaraq, onu əlavə sərəncamla tənzimləyəcək”.
Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov AzNews.az-a bildirib ki, bu, siyasi partiyaların fəaliyyətinin yaxşılaşmasına kömək edəcək. Vəsaitin az-çoxluğunu müzakirə etməkdən uzaq olduğunu deyən İ.İsmayılov atılan addımı müsbət qiymətləndirib.
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da siyasi partiyalara dövlət tərəfindən diqqətin ayrılmasını təqdir edir. Onun sözlərinə görə, partiyaların dövlət büdcəsindən maliyyələşməsi həm də siyasi təşkilatların ölkədə nüfuzunun artmasına xidmət göstərəcək: “İlk növbədə siyasi partiyaların siyasi mübarizə imkanları genişlənəcək. Mübarizənin siyasi müstəvidə davam etdirilməsi olduqca mühümdür. Ayrılan vəsaitin yetərli olub-olmamasına gəlincə, biz növbəti ili sınaqdan çıxaracağıq. Yəqin ki, nəzərdə tutulan maliyyə vəsaitinin həcminin artırılmasına calışacağıq”.
Gültəkin Qəhrəmanlı

Bu xəbər oxucular tərəfindən 1804 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |